36 ildən sonra böyük ekrana qayıdan “Top Gun: Maverick” filminin nümayişləri davam edir.
OLAY yazır ki, layihə Film Kann Film Festivalında nümayişindən sonra Londonda premyerası olub.
İngiltərədəki nümayişə Şahzadə Uilyam və xanımı Keyt Middlton da qatılıb. Onları qırmızı xalçada filmin baş rol ifaçısı Tom Kruz qarşılayıb.
Krallıq nümayəndələri aktyorlarla bir-bir salamlaşaraq söhbət ediblər. Daha sonra kinonun təqdimatı reallaşıb.
Keyt Middlton tədbirə Roland Mouret paltar, Alexander McQueen əl çantası, Robinson Pelham brilyant sırğaları ilə qatılıb.