Film / Serial
Film / Serial

Kann başladı - Qırmızı xalçada yaşananlar

Kann başladı - Qırmızı xalçada yaşananlar

Dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan 75-ci Kann Film Festivalı başlayıb. 

OLAY yazır ki, pandemiya səbəbindən 2020-ci ildə ləğv edilən və ötən il yenidən qayıdan festivalın açılışında ulduzlarla dolu qırmızı xalça paradı keçirilib.

Builki Kann mərasimi Ukrayna prezidenti Vladimir Zelenskinin video vasitəsilə etdiyi müraciətlə yadda qalıb.

Ukraynanın müharibə dövrünün lideri olan keçmiş komediyaçı hərbi yaşıl köynəyində ekrana çıxıb və Fransanın Kann şəhərində izdiham tərəfindən ayaqda alqışlanıb. 

Çıxışında Çaplinin “Böyük Diktator” sözündən sitat gətirən Zelenski “Xalqın nifrəti keçəcək, diktatorlar öləcək, xalqdan aldıqları hakimiyyət xalqa qayıdacaq. Və nə qədər ki, insanlar ölürsə, azadlıq heç vaxt yox olmayacaq”, - deyə o bildirib.Açılış mərasimində “The Artist” filmi ilə tanınan Mişel Hazanaviçiusun “Final Cut” zombi komediya filmi nümayiş etdirilib.

1 saat 50 dəqiqə davam edən nümayişin sonunda ənənəvi ayaqda alqışlanma mərasimi başlayıb. Rejissor Mişel Hazanaviçius dörd dəqiqəlik alqışlardan həzz alıb. 

Bu il Kannda amerikalı aktyor Forest Uitakerə “Qızıl palma budağı” ömürlük nailiyyət mükafatı təqdim edilib.

Festival mayın 28-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.