Meryem Uzerlinin 75-ci Kann Film Festivalının qırmızı xalçasında çıxışından sonra daha bir türk məşhur Fransaya gedib.
OLAY yazır ki, gənc aktrisa Dilan Çiçek Deniz bir brendin qonağı olaraq sözügedən festivalda yer alıb.
Ulduz musiqiçi Kayli Minouq və Cənubi Koreyanın məşhur DJ Peggy Gounun qatıldığı tədbirdə Deniz Türkiyənin fəxri siması olub.
Çiçek Kann-da modelyer Hakan Yıldırım imzalı geyimdən istifadə edib.