“Ay yapım” şirkəti “Netflix” üçün ərsəyə gətirilən “Kuş uçuşu” serialını təqdim etməyə hazırlaşır.
OLAY yazır ki, platformada 3 iyundan yayımı planlaşdırılan layihənin ilk görüntüləri də paylaşılıb.
Məlum olub ki, ekran işində Birce Akalay, İbrahim Çelikkol, Miray Daner və Burak Yamantürk də çəkiləcək. Birce serialda Lale Kıran adlı xəbər aparıcısı rolunu canlandıracaq.
Qeyd edək ki, İbrahimlə Akalay bundan öncə də eyni serialda rol alıb. Onlar uzun illərdir dostdurlar.