Türkiyəli məşhur aktyor Oktay Kaynarcanın növbəti layihəsi ilə bağlı hazırlıqlar davam edir.
OLAY yazır ki, bununla bağlı sənətçi zaman-zaman paylaşımlar edərək ekran işinin tezliklə yayımlanacağını bildirir.
O, ötən günlərdə serialın adınınin “Ben bu cihana sığmazam” olduğunu söyləyib. Layihənin adı görkəmli Azərbaycan şairi Nəsiminin qəzəlindən götürülüb.
Çəkilişlərin isə Özbəkistanda olacağı deyilib.