“Netflix” platformasının ən reytinqli layihələrindən olan “The Bridgerton” serialının ikinci sezonu da uğur qazanıb.
OLAY yazır ki, 25 mart tarixində yeni mövsümünün təqdimatı olan layihə bu vaxtadək 627 milyon 110 min abunəçi tərəfindən izlənilib.
Qeyd edək ki, serialın birinci sezonu“Netflix” tarixində ən çox baxılan serial olub və rekordu 2021-ci ilin mayında 1,6 milyard saat izlənilən “The Squid Game” yeniləyib. “The Bridgerton”un ikinci sezonu isə rekordu yeniləyə bilməyib.