Film / Serial
Film / Serial

İlin ən yaxşıları seçildi - “Squid Game” liderdir

İlin ən yaxşıları seçildi - “Squid Game” liderdir

Bu il 28-ci dəfə keçirilən SAG (Screen Actors Guild – Ekran aktyorları birliyi) mükafatları sahiblərinə verilib.

OLAY yazır ki, Amerika Film Aktyorları Dərnəyi tərəfindən verilən SAG mükafatlarında film və televiziya nominasiyalarında ən yaxşılar bəlli olub.

“Ted lasso” və “Succession” seriallarının aktyorları komediya və dram janrlarında “Ən yaxşı komanda performansı” mükafatını qazanıb. “CODA” filminin aktyorları da “Ən yaxşı film komandası performansı” nominasiyası üzrə qalib olub.

Helen Mirren isə “Həyatboyu uğur” mükafatının sahibi olub.

Digər uğur qazananlar isə aşağıdakılardır:

“Ən yaxşı qadın aktrisa” – Cessika Çasteyn

“Ən yaxşı aktyor” – Uil Smitt

“Ən yaxşı dram aktrisa” – Cunq Ho Yeon – “Squid Game”

“Ən yaxşı dram aktyor” – Loo Cunq Cae – “Squid Game”

“Ən yaxşı dublyor performansı” - “Squid Game”

“Ən yaxşı mini serial aktrisası” – Keyt Uinslet

“Ən yaxşı mini serial aktyoru” – Maykl Kiton