14 iyunda Türkiyə bazarına girməyə hazırlaşan “Disney Plus”ın ilk serialı bəlli olub.
OLAY yazır ki, “Kaçış” adlanan serialda baş rolu Engin Akyürek canlandırır. Ekran işinin digər baş qəhrəmanı isə İrem Helvacıoğludur.
Qeyd edək ki, “Disney Plus”da Hande Erçelin serialının olacağı da bildirilir.