17 ildən sonra yenidən aktyor Ben Affleklə eşq yaşayan və gündəmdən düşməyən Cennifer Lopez sənədli filmə mövzu olub.
OLAY yazır ki, istər musiqi, istərsə də kino sahəsindəki uğurları ilə diqqətçəkən 52 yaşlı sənətçi haqqında çəkilən ekran işində Lopezin həyatının sonrakı dövrlərdə necə olacağı göstəriləcək.
İyunun 14-də rəqəmsal platformada nümayiş olunacaq “Halftime” sənədli filminin premyerası 8 iyunda Nyu- Yorkda Tribeca Film Festivalında olacaq.
Lopezin pop ikonu kimi yadda qalacağı layihədə Super Bowl, Co Baydenin mərasimdəki çıxışı və çəkildiyi filmlərdən bəhs ediləcək.