Film / Serial
Film / Serial

“Sherlock Holmes”ın davamı çəkiləcək

“Sherlock Holmes”ın davamı çəkiləcək

Rejissoru Qay Riçi, baş qəhrəmanları Robert Dauni Ceyer və Cudi Lau olan 2009-cu il istehsalı “Sherlock Holmes” serialının davamı çəkiləcək.

OLAY yazır ki, 2011-ci ildə “Sherlock Holmes: Shadow Games” adlı davamı ilə pərəstişkarlarını artıran sözügedən ekran işi HBO Max-da yayımlanacaq.

Robert Dauninin bu dəfə prodüser olaraq iştirak edəcəyi layihədə aktyorun Şerlok rolu üçün qayıdışı ilə bağlı hələ ki heç bir açıqlama verilməyib.

Qeyd edək ki, serialın ilk 4 sezonu hazırda "Netflix"də yayımlanır. Artur Konan Doyl tərəfindən yazılmış Şerlok Holms kitabları sirli hadisələri həll etmək üçün ingilis detektivi və onun dostu Doktor Uotson haqqındadır.