Film / Serial
Film / Serial

Məşhur qorxu filmi serial olur

Məşhur qorxu filmi serial olur

Stiven Kinqin ən məşhur əsərlərindən biri olan “O” filmdən sonra serial kimi tamaşaçılara təqdim olunacaq.

OLAY yazır ki, HBO Max-da yayımlanması planlaşdırılan ekran işinin adının “Welcome to Derry” olacağı da söz-söhbətlər arasındadır.

Daha əvvəl 2017 və 2019-cu illərdə çəkilmiş “O” filmlərinin rejissoru Endi Musçietti serial üçün geri dönəcək. Layihənin qeyri-adi hadisələrin ilk dəfə yaşandığı 1960-cı illərdə baş verməsi planlaşdırılır.

Bill Skarsgardın Pennywise kloununu canlandırdığı film 2017-ci ildə yayımlandı və kassada böyük uğur qazandı. Kinodakı uşaq personajlarının gələcəyindən bəhs edən, filmin davamı olan “O: Episode 2” 2019-cu ildə təqdim olundu.