Türkiyəli məşhur müğənni-aktrisa Defne Samyeli sərxoş vəziyyətdə sükan arxasında olarkən polis tərəfindən saxlanılıb.
OLAY Türkiyə KİV-nə istinadən yazır ki, sənətçi səhnə aldığı restorandan çıxarkən avtomobilini özü idarə etmək istəyib. Yoxlanış zamanı müğənninin alkoqol qəbul etdiyi məlum olub.
Nəticədə onun sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb. Bununla yanaşı, müğənniyə 1339 Türk lirəsi cərimə yazılıb.