Film / Serial
Film / Serial

Başlamadan adı dəyişdi

Başlamadan adı dəyişdi

NOW-un Cənubi Koreyada böyük maraqla izlənilən “Lie After Lie” serialının motivləri əsasında çəkilən yeni iddialı layihəsi “Çok uzak çok yakın”ın adı dəyişdirilib.

OLAY yazır ki, serialın yeni adı Ben annemin rüyasıyım olub.

Medyapım imzalı serialın rejissoru Yunus Ozan Korkut, ssenari müəllifi isə Özge Arasdır. Layihənin oxu məşqi artıq baş tutub.

Baş rolları Funda Eryiğit, Caner CindorukZerrin Tekindor canlandırır. Serialda həmçinin Günay Karacaoğlu, Serhat Özcan, Gürsu Gür, Zeynep Özder, Azra Aksu, Sema Öztürk kimi tanınmış adlar da rol alır.

Serialın mövzusu isə belədir:

Ayşe (Funda Eryiğit) illərlə ərini öldürməkdə günahlandırılaraq həbsxanada olub. Azadlığa çıxdıqdan sonra onun yeganə arzusu illər əvvəl əlindən alınmış qızı Zeyneplə yenidən görüşməkdir. Lakin qızı artıq başqa bir kişi tərəfindən övladlığa götürülüb və Ayşenin kim olduğunu bilmir. Ayşenin qızına qovuşmasının yeganə yolu həmin kişinin – Kemalın (Caner Cindoruk) etimadını, hətta qəlbini qazanmaqdan keçir. Onun qarşısındakı ən böyük maneə isə oğlunun ölümündə Ayşeni günahlandıran və intiqam almaq istəyən keçmiş qayınanası İlterdir (Zerrin Tekindor).