“British Council” və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yeddinci Britaniya Film Festivalına start verib.
OLAY yazır ki, festival bu il filmlərin 3-15 mart 2022-ci il tarixlərində Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş etdirilməsi ilə keçiriləcək. Biz ən həyəcanverici, düşündürücü və bəyənilən yeni filmləri Birləşmiş Krallıqdan Azərbaycana gətiririk. Britaniya Film Festivalının 2022-ci il buraxılışı qlobal iqlim təhlükəsini əməkdaşlıq, dialoq və fəaliyyət imkanları yaradaraq diqqət mərkəzinə çəkir.
Festival Oskar laureatı aktyorlar Cim Brodbent və Helen Mirrenin unudulmaz tərəfdaşlığı ilə ekranlarda iz qoyan, oğurluq və ədalət uğrunda mübarizədən bəhs edən "Hersoq" retro-komediyası ilə açılacaq. “insanlar iqlim dəyişikliyinə qarşı” və “Sərhədlərin məhvi: Platenimiz haqqında elm” sənədli filmləri bütün diqqətimizi iqlim təhlükəsinə və bəşəriyyətin planetimizi xilas etmək üçün nə edə biləcəyinə çəkəcək.