Netflix-in daha əvvəl Rusiyaya sifariş verdiyi layihələrin istehsalı dayandırılıb.
OLAY yazır ki, platforma Rusiya kinorejissorlarına dörd layihə sifariş verdiyi açıqlanıb. Onlar Svetlana Xodçenkova ilə Anna Karenina haqqında film, Aleksandr Petrov ilə dram və daha iki tamhüquqlu serialdır.
Ukraynaya edilən hərbi müdaxilədən sonra sözügedən layihələrin çəkilişləri dayandırılıb.
Qeyd edək ki, rusiyalı Netflix istifadəçiləri abunə haqqını ödəyərkən problemlə üzləşiblər. Çünki son bir neçə gündə Qərb ölkələri Rusiya banklarına qarşı çoxlu sanksiyalar elan edə biliblər.