2022-ci ildə Kann Film Festivalının təşkilatçıları Rusiyanın rəsmi nümayəndə heyətini qəbul etməkdən imtina ediblər.
OLAY yazır ki, bu barədə festivalın saytında dərc olunmuş rəsmi bəyanatında qeyd olunub.
Təşkilatçıların fikirləri hazırda həyatları təhlükə altında olan ukraynalı sənətçilərə yönəlib və onlar rusların iştirakını alqışlamırlar.
2022-ci ilin qışında Kann Film Festivalının hazırlıq mərhələsinə qədəm qoyduğu vurğulanır və bunlar qeyd edilir: “Müharibə Ukrayna xalqını qane edəcək şəraitdə bitməsə, rəsmi qəbul etməyəcəyimizə qərar verildi”.