Kanal D-də yayımlanan və artıq 19 ildir ki, ekran ömrünü davam etdirən məşhur “Arka Sokaklar” serialında daha bir ayrılıq yaşanacaq.
OLAY yazır ki, serialın sevilən obrazlarından olan Aylin rolunu canlandıran aktrisa Özlem Çınar layihəyə yenidən vida edir.
Qeyd edək ki, D Media-nın istehsal etdiyi, hüquqları daha əvvəl Erler Film-ə məxsus olan seriala Özlem Çınar uzun illər əvvəl vida etmiş, lakin bir müddət əvvəl layihəyə geri dönmüşdü.
Son məlumata görə, aktrisanın canlandırdığı obrazın hekayəsi tamamlandığı üçün Özlem Çınar serialdan ikinci dəfə ayrılacaq. Onun 710-cu bölümdə son dəfə kamera qarşısına keçəcəyi bildirilir.