Film / Serial
Film / Serial

“Arka sokaklar”ın 19-cu sezonunun çəkilişləri başlayır!

“Arka sokaklar”ın 19-cu sezonunun çəkilişləri başlayır!

Populyar türk serialı “Arka Sokaklar”ın 19-cu sezon üçün hazırlıqları başlayıb.

OLAY yazır ki, bu mövsüm Baran Özçaylanın rejissorluğu ilə çəkiləcək və izləyicilərə tamamilə yeni bir hekayə təqdim edəcək. Set və plato hazırlıqları tamamlanmaq üzrə olan serialın qısa müddət ərzində çəkilişləri start götürəcək.

Serialın ilk tanıtım videosunun isə qarşıdakı həftələrdə yayımlanması gözlənilir. Ötən mövsüm sadə bir tanıtım videosu ilə açılış edən “Arka Sokaklar” bu sezon da ənənəni pozmayacaq.

“Arka Sokaklar” yeni sezonu ilə tezliklə Kanal D ekranlarında!