İstedadlı teatr və kino aktyoru, prezident mükafatçısı, “White Roof” production rəhbəri Ziya Ağa yeni böyük layihəsini teatrsevənlərə təqdim edəcək.
OLAY yazır ki, 20 aprel tarixində Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında M.Teatrda səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq.
Məlumat üçün bildirək ki yeni tamaşa Z. Ağanın rəhbərlik etdiyi “White Roof” production və çərçivəsində keçiriləcək.
Premyerası olacaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissor Oksana Rəsulovadır.
Səhnə əsərində obrazları Ziya Ağa ilə yanaşı, Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və M.Teatrın aktyorları ifa edirlər.