Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin rol aldığı “Sandık kokusu” serialı final edir.
OLAY yazır ki, 43-cü bölümü ilə ekrana gələn layihənin 50-ci seriyada tamaşaçı ilə vidalaşması gözlənilir.
Özge Özpirincci, Engin Öztürk və Demet Akbağ, Uğur Yücel kimi simaların rol aldığı layihənin 19 martda son bölümü yayımlanacaq.