Türkiyənin ustad aktyoru Sezai Altekin vəfat edib.
OLAY yazır ki, Bodrumda yaşayan sənətçi orada həyatla vidalaşıb. 79 yaşlı aktyor bu gün dəfn olunacaq.
Qeyd edək ki, mərhum uzun illər teatrda çalışıb. Bir çox layihənin səsləndirmə işində yer alan sənətçi “İlişki durumu: karışık”, “Paşa gönlüm”, “Tatar Ramazan” kimi layihələrə çəkilib.