Prodüser J.J. Abrams dördüncü “Star Trek” filminin çəkiləcəyini açıqlayıb.
OLAY yazır ki, ekran işinin əsas aktyor heyəti - Chris Pine, Zachary Quinto, Zoe Saldana, Karl Urban, John Cho və Simon Pegg eyni rolları canlandıralacaqlar.
Filmin rejissoru Mett Şakman olacaq, çəkilişlər bu il baş tutacaq.
Qeyd edək ki, “The Good Wife” və “Game of Thrones” kimi serialların rejissoru olan Şakman son olaraq WandaVision-u lentə alıb.