Son olaraq “Kızılcık şerbeti” serialından səhhətinə görə ayrılan Settar Tanrıöğen ekrana qayıdır.
OLAY yazır ki, sənətçi “Kızıl Goncalar”ın komandasına daxil olub.
O, serialda təriqət başçısını canlandıracaq.
Qeyd edək ki, aktyor bir sezondan çox “Kızılcık şerbeti”ndə Abdullah obrazını oynayıb, lakin beyninə qan sızdığı və ağır əməliyyat olunduğu üçün layihədən ayrılıb.