“Kızılcık şerbeti” serialında Abdullah (Apo) obrazını canlandırmış ustad aktyor Settar Tanrıöğen uzun zaman sonra ilk dəfə görüntülənib.
OLAY yazır ki, beyninə qan sızdığından üç dəfə əməliyyat olunan sənətçi aylar sonra kameralara tuş gəlib.
Aktyor səhhətindəki problemlərə görə xeyli çəki atmışdı. Onun artıq sağlamlığına diqqət etdiyi, siqaret çəkməyi tərgitdiyi öyrənilib.
Tanrıöğen həmçinin, yaxın zamanda aktyorluğa davam edəcəyini söyləyib.
Qeyd edək ki, ustad aktyor “Kızılcık şerbeti” serialından ayrıldıqdan sonra, onun obrazını Ahmet Mümtaz Taylar canlandırır.