Baş rollarında Oksana Rəsulova və Ziya Ağanın yer aldığı “Sara” serialının 2-ci sezonu növbəti bölümü ilə diqqət çəkməyə hazırlaşır.
OLAY yazır ki, ARB TV-də ekrana gələn layihənin yeni bölüm fraqmenti tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sözügedən seriya 22 noyabrda ekranda olacaq.
Qeyd edək ki, serial uzun illərdir eyni həbsxanada cəza çəkən 6 qadın haqqındadır. Dünyada da baş verən qadınlara qarşı zorakılığın nəticələrinin ətrafdakı hər kəsə, ümumiuyətlə bütün dünyaya necə pis təsir etdiyini qəhrəmanlar vasitəsilə çatdırlır. Sara yeganə qızını qorumaq üçün illər əvvəl heç bir günahı olmadığı halda Qara Səmədin təkidi ilə cinayəti öz boynuna götürərək türməyə düşür. Saraya daim arxa dayaq olan Məhəbbət 30 il sonra türmədən azadlığa çıxır. Məhəbbət Mahmudu, yəni ərini bağışlamaq üçün ona şərt qoyur. Saranın azadlığa çıxmağını tələb edir. Mahmudun isə bir yolu var . O, keçmişi açıb tökməlidir. Səmədi satmalıdır. Səməd isə Saraya özünü bağışlatdırmaq üçün mübarizə aparır. Öz günahını başa düşüb və doğru yola gəlmək, yaxşı insan olmaq, islah olmaq üçün daim mübarizə aparır.