Zorlama ittihamı ilə həbsə məhkum edilən prodüser Harvi Vaynşteynə sümük iliyi xərçəngi diaqnozu qoyulub.
OLAY yazır ki, bu barədə “NBC News” məlumat yayıb.
72 yaşlı Vaynşteyn hazırda Nyu-Yorkun Rikers adasındakı həbsxana xəstəxanasında müalicə alır.
“Cənab Vaynşteynin məxfiliyinə hörmət edərək, bu məsələ ilə bağlı əlavə şərh verməyəcəyik”, - deyə Harvinin nümayəndəsi bildirib.
Xatırladaq ki, Harvi Vaynşteyn sentyabr ayında təcili ürək əməliyyatı keçirib.
Qeyd edək ki, 2020-ci ildə H. Vaynşteyn zorlama ittihamı ilə 23 il həbs cəzasına məhkum edilib. 2024-cü ilin aprelində hökm ləğv edilib və iş yeni məhkəmə baxışına göndərilib. Eyni zamanda, o həbsxanada qalır.
Ancelina Coli, Qvinet Peltrou, Uma Turman, Salma Hayek və bir çox başqaları da daxil olmaqla, bir çox Hollivud aktrisaları Harvi Vaynşteyni təqibdə ittiham edib və ümumilikdə 80-dən çox qadın bu barədə məlumat verib.