Beren Saatin yeni layihəsi “Gizli Dolap”la bağlı detallar üzə çıxıb.
OLAY yazır ki, “Prime Video”da yayımlaması planlaşdırılan ekran işində rol alacaq simalar müəyyənləşib.
Belə ki, Berenin oynadığı Rengin Alaz obrazının həyat yoldaşı Barışı Yiğit Özşener, Renginin illər sonra qarışlaşdığı keçmiş sevgilisini isə Furkan Andıç oynayacaq.
Duygu Sarışın, Gamze Karaduman, Derya Alabora, Cem Gönen, Pınar Çağlar Gençtürk kimi simaların yer alacağı layihənin mövzusu da diqqət çəkir.
Belə ki, Rengin bacısının ərinin bir platforma vasitəsilə başqa qadınlarla görüşdüyünü öyrənir. O, daha sonra bacısı da daxil olmaqla ətrafındakı hər kəsin bu platformada canlı yayım edən qadınlara qarşı qatı fikirdə olduğunu görür.
Bundan sonra, personaj həmin məcrada özünə hesab açıb, üzünü gizlədərək yayımlar edir. Tez bir zamanda populyarlaşan Rengin bunun üçün ağır bədəllər ödəməli olur.
Adı çəkilməsə də, bu platformanın “OnlyFans” olduğu bildirilir.