Film / Serial
Film / Serial

Ceyms Bond dünyada rekord qırır- 313 milyon qazanc

Ceyms Bond dünyada rekord qırır- 313 milyon qazanc

Hollivud ulduzu Deniel Kreyqin beşinci və sonuncu dəfə Ceyms Bond rolunu canlandırdığı 25 -ci “007” film seriyasına aid “No Time to Die” rekord baxış toplayıb.  

OLAY yazır ki, sentyabrın 30-u İngiltərə, oktyabrın 1-dən isə Azərbaycan və Türkiyədə yayımlanan filmin ABŞ-da da premyerası olub.  

Həftəsonu nəticələrinə görə ekran işindən əldə olunan gəlir təkcə ABŞ-da 56, dünyada isə 313 milyon dollar olub. 

Qeyd edək ki, yazar Yan Fleminq Ceyms Bond  personajı 1952-ci ildə yaradıb və ona aid çoxlu əsərlər yazıb.  Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlanılıb.

Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson qələmə alıb.