“Yaprak dökümü” serialındakı Ali Rza Bey obrazı ilə tamaşaçılarımıza tanış olan Halil Ergün illər sonra ekrana qayıdır.
OLAY yazır ki, sənətçi Mahsun Kırmızıgül imzalı “Güzel aşklar diyarı”nda rol alacaq.
H. Ergünle bərabər Meltem Cumbulu da efirə qaytaran serialda gənc aktyorlar Burak Berkay Akgül və Özgü Kaya baş rol kimi çıxış edəcək.
Bundan başqa, diqqət çəkən məqam isə 71 yaşlı H. Ergünün partnyorunun 31 yaşlı Ege Kökenlinin olmasıdır.
Ege serialda ustad aktyorun gənc xanımını canlandıracaq.