Film / Serial
Film / Serial

“Qara Sunqur”un oğlunu o canlandıracaq

“Qara Sunqur”un oğlunu o canlandıracaq

Gənc aktyor Nihad Məmmədzadə tarixi sənədli televiziya filmi “Azərbaycan Atabəyləri”də rol alıb.

OLAY yazır ki, bununla bağlı Nihad sosial şəbəkə hesabında məlumat yayıb.

Məmmədzadə bildirib ki, sözügedən ekran əsərində o, Qara Sunqurun oğlu Məhəmmədi canlandırıb.

Qeyd edək ki, bir sıra məşhur simaların yer aldığı “Azərbaycan Atabəyləri” tarixi sənədli televiziya filmi tezliklə Azərbaycan Televiziyasında (AzTV) yayımlanacaq.