Film / Serial
Film / Serial

“Həyatım film olsun, məni Serenay Sarıkaya canlandırsın”

“Həyatım film olsun, məni Serenay Sarıkaya canlandırsın”

Türkiyəli müğənni Zerrin Özer açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

OLAY yazır ki, sənətçi müsahibəsində həyatı haqqında film çəkilməsini və orada onun obrazını aktrisa Serenay Sarıkayanın canlandırmasını istədiyini bildirib.

“Bəli, çox istərdim ki, həyatım haqqında film çəkilsin. Amma ssenarinin çox yaxşı redaktor tərəfindən yazılmasını istəyirəm. Məni Serenay Sarıkayanın oynamasını istərdim. Mən Serenayı çox sevirəm. Ümid edirəm ki, gələcəkdə filmimdə çəkiləcək”.