Murat Yıldırımla Ebru Şahini bir araya gətirən serialın adı bəlli olub.
OLAY yazır ki, birinci bölüm çəkilişləri tamamlanan ekran işi “Beni bul” adlanıb.
Belə ki, ssenariyə əsasən, M. Yıldırımın oynadığı Demir Şahinin canlandırdığı Nazlı obrazı ilə görüşməli olacaq.
O, mərhum qardaşının oğlu olduğunu öyrəndikdən sonra uşağın anası Nazlını tapacaq.
Hadisələr isə bundan sonra cərəyan edəcək.
E. Şahinin səhnələri Şimali Kiprdə, Muratın səhnələri isə Mərakeşdə çəkilib.