Film / Serial
Film / Serial

Çağatay Ulusoy jiqolo obrazını canlandıracaq

Çağatay Ulusoy jiqolo obrazını canlandıracaq

Netflix-in yeni proqramında yer alacaq “Terzi” (Dərzi) serialının çəkilişlərini tamamlayan Çağatay Ulusoy indi sözügedən video platformada yayımlanacaq “Gentleman” (Centlmen) filmində rol alacaq.

OLAY yazır ki, yaraşıqlı aktyor ekran işində aşiq olduğu zaman həyatı dəyişən jiqolo obrazını canlandıracaq.

Filmdə Çağatayın tərəf müqaviləsi həmkarı Ebru Şahin olacaq.

Filmin aktyor heyətinə həmçinin Şenay Gürler və Haki Biçici daxildir. 

Ulusoyun “Sayqın” adı ilə jiqolo obrazını canlandırması sosial mediada müzakirə predmetinə çevrilib.