Film / Serial
Film / Serial

Aydandan anası ilə bağlı paylaşım

Aydandan anası ilə bağlı paylaşım

“Avqustun 11-i anamın doğum günü idi. İnstaqramda yaşadığım problemdən dolayı paylaşmağım mümkün olmadı”.

OLAY yazır ki, bu sözləri aktrisa Aydan Axundzadə yazıb. Sənətçi anasını doğum günü münasibəti ilə təbrik edib:

“Məni bu dünyaya gətirdiyi, maddi və mənəvi çətinliklərə baxmadan mənə hər şeyin ən yaxşısını verdiyi, həyatda mübariz olmağı öyrətdiyi, yolumda verdiyi qurbanlar və daha nələr-nələr üçün... saymaqla bitməz. Bir sözlə, anam olduğu üçün bütün dünyalarda ona təşəkkürlə baş əyirəm. Təsəvvür belə edəməyəcəyim qədər ağır həyat yolu olan bu qadının qarşısında nədənsə şikayətlənməyə, nəyəsə “of” deməyə utanıram, çünki öz çəkdiyi əzablara göz yumub, mənim xırda-para dərdlərimə sipər olub. İtirəcək heç nəyi qalmadığı halda belə “İlahi, şükür” deyən insandı mənim anam. Üstünə davayla gələn insana dostu kimi qucaq açan, duz-çörəklə, şirin dillə yola salan insandı. Bir tumarla, bir xoş sözlə, bir təbəssümlə qasırğanı yatırandı mənim anam.

Yaxşı ki, varsan, gözəl gözlüm. Sən sağlam yaşa. Həmişə yaşa ki, mən hər anımda qarşında qıvrılıb, başımı dizinə qoyub, uşaqtəkin qayğısız qalım. Səni çox sevirəm, Anam!”.

Qeyd edək ki, Aydan Axundzadə aktyor İbrahim Çingizlə ailəlidir. Cütlüyün Mehriban adlı bir qız övladı var.

Rəşad Əliyev