“Paris-2024” Olimpiya oyunlarında dirəklə tullanma yarışı zamanı cinsiyyət orqanı ilə çarpaz dirəyi yıxan fransalı Antoni Ammiratiyə erotik model ulduzu olmaq təklifi gəlib.
OLAY yazır ki, Bu barədə “TMZ Sports” nəşri məlumat yayıb. “CamSoda” saytının vitse-prezidenti Darin Parker 21 yaşlı idmançıya “bacarıq nümayişi” üçün 250.000 dollar təklif edib:
“60 dəqiqəlik veb-kamera şousu müqabilində sizə 250.000 dollar təklif etməkdən məmnun olaram. Burada siz cinsiyyət orqanınızı nümayiş etdirəcəksiniz - əlbəttə ki, çarpaz dirəyi çıxmaq şərti ilə…”.
İdmançıya təklif olunan məbləğ Olimpiyadada qızıl medal üçün ödənilən qonorardan üç dəfə çoxdur.
Xatırladaq ki, avqustun 3-də fransalı Antoni Ammirati 5,70 m hündürlüyü atlaya bilməyib, əvvəlcə dizi ilə bara toxunub, onu cinsi orqanı ilə tutmasaydı, bar yerində qalacaqdı.
İdmançının tullanma videosu sosial mediada “viral” olub və zarafat – memlərinə çevrilib: bir çoxları idmançının “ləyaqətini çarpaz dirəyə qoyduğunu” yazıb.
Rəşad Əliyev