Türkiyə ötən gün iki tanınmış sənətçisini itirib. Səhər saatlarında dünyasını dəyişən əfsanəvi ulduz Fatma Girikin ölüm xəbərinin ardınca aktyor Ayberk Pekcanın da dünyasını dəyişdiyi öyrənilib.
Bu xəbərlər sənət adamlarını kədərləndirib. Hər kəs sosial şəbəkə hesabında mərhum aktyorlarla bağlı paylaşım edib. Aktrisa Büşra Pekin də xərçəngdən vəfat edən Pekcanla fotosunu paylaşıb.
OLAY yazır ki, o, ölüm xəbərindən kədərləndiyini dilə gətirərək bu sözləri qeyd edib:
“Canım Ayberk qardaşım. Göz yaşlarımı saxlaya bilmirəm. Səni çox sevirəm. Məkanın cənnət olsun”.
Qeyd edək ki, Pekcan ilə Büşra “Dilberay” filmində birgə rol alıb. Ekran işi bu ilin fevral ayında izləyicilərə təqdim olunacaq.