Film / Serial
Film / Serial

Aktyor yaralandı - Çəkilişə silahlı hücum

Aktyor yaralandı - Çəkilişə silahlı hücum

“Sıfır bir” serialının komandasına hücum olunub.

OLAY yazır ki, heyət “Kıyma” adlanan 4-cü sezon çəkilişlərinə başlayıb.

Lakin “Kartal Be Plato” adlanan film studiyasında baş tutan çəkilişə naməlum şəxslər silahla müdaxilə edib.

Bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb. O bildirib ki, hücum nəticəsində serialın aktyoru Cengizhan Yurdutek başından yaralanıb. Dərhal xəstəxanaya aparılan sənətçinin güllə başının yan hissəsini sıyırıb.

Xoşbəxtlikdən ona həyati təhlükə yaratmayıb. Serial komandası bildirib ki, silahlı hücum onlara yox, film studiyasına qarşı olub.