Kosmosda çəkilən ilk film "Vyzov"un iki səhnəsinin tamamlandığını açıqlanıb.
OLAY xarici KİV-ə istinadən yazır ki, bu barədə ekran işinin rejissoru Klim Shipenkon məlumat yayıb.
O, Rusiya Uçuş İdarəetmə Mərkəzi ilə görüşdə “hər şey planlaşdırıldığı kimi gedir. İki səhnəni çəkdik”,- deyə qeyd edib.
Xatırladaq ki, aktrisa Yuliya Peresild, rejissor Klim Shipenko və rusiyalı kosmonavt Anton Şkaplerov 5 oktyabrda “Soyuz MS-19” kosmik gəmisi ilə uçuş edib.
Ekipaj oktyabrın 17 -də Yerə qayıtmağı planlaşdırır.
Film kosmonavtın həyatını xilas etmək üçün Beynəlxalq Kosmos Stansiyasına göndərilən qadın cərrahın hekayəsindən bəhs edir.