“Disney” studiyası cizgi filmi əsasında çəkilmiş eyniadlı filmdə Moana rolunu oynamaq üçün Ketrin Laqaya seçilib.
OLAY yazır ki, bu barədə “Variety” məlumat yayıb.
Sakit okeanda bir adada yaşayan kiçik qəbilə başçısının qızını 17 yaşlı avstraliyalı aktrisa oynayacaq.
“Bu rolu aldığım üçün şadam, Moana mənim sevimlilərimdən biridir” deyən Ketrin bildirib ki, nənə və babası Samoa adalarındandır.
“Samoa və digər Sakit okean xalqları üçün danışmaq və ekranda mənə bənzəyən qızları təmsil etmək şərəfdir”, - deyə, Ketrin söyləyib.
Baş Maui obrazını böyük ekranda Dueyn Conson, Moananın atası və anası rollarını Yeni zelandiyalı aktyorlar Con Tui və Frenki Adams, nənə rolunu isə Rina Ouen canlandıracaq.
Çəkilişlər 2024-cü ilin yayında başlayacaq, filmin premyerası 10 iyul 2026-cı ildə baş tutmalıdır.