Tanınmış aktrisa Eda Ece ikinci dəfə koronavirusa yoluxub.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Eda bildirib ki, peyvənd olunduğu üçün xəstəliyi yüngül keçirdir:
“Yaxşıyam, ikinci dəfə yoluxduğum və peyvənd olunduğum üçün rahat keçirdirəm. İlk dəfə vaksindən öncə idi və çox pis oldu. Tövsiyələrə qulaq asın, özünüzə yaxşı baxın”.
Qeyd edək ki, aktrisa “Yasak Elma” serialının baş roludur. Bundan başqa o, “Maske kimsin sen?” yarışmasının münsiflərindən biridir.