Türkiyəli aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk Bakıya gəlib.
OLAY yazır ki, onların paytaxta səfərinin səbəbi rol aldıqları “Cadı” filminin qala gecəsidir.
Bu barədə Furkan Andıç təyyarədən fotosunu paylaşaraq Azərbaycan dilində bunları yazıb:
“Bu axşam “Cadı” filminin qala gecəsində görüşənədək”.
Buse Meral da instaqramın hekayə bölməsində meneceri ilə paylaşım edərək Bakıda olduğunu bildirib.