Türkiyəli ustad aktrisa Melek Baykal məşhur “Cennet mahallesi” serialı ilə bağlı maraqlı açıqlama verib.
OLAY yazır ki, sənətçi Çağla Şikel və Alişana görə ekran işində rol almaq istəmədiyini söyləyib. Bu barədə o, sözügedən layihədəki tərəf müqabili Müjdat Gezenin verilişində danışıb.
“Dedim ki, siz məni bağışlayın. Mən olmayım. Biri modeldir, biri də ifaçı, oyana bilmərəm. Dedi ki, (red. - mərhum prodüser Türker İnanoğlunu nəzərdə tutur) sən mənə güvən. Olacaq. Həqiqətən də oldu”, - deyə Baykal bildirib.
Qeyd edək ki, “Cennet mahallesi” serialı 2004-2007-ci illərdə 119 bölüm yayımlanıb.