Film / Serial
Film / Serial

Elşənin serialından xəbər var!

Elşənin serialından xəbər var!

Aktyor Elşən Orucovun da rol aldığı “Çırak” adlı türk serialının heyətinə yeni aktyorlar daxil olub.

OLAY yazır ki, Ozan Akbabanın ssenarisini yazıb “Çırak05/Terekeme” obrazı ilə baş rolda yer aldığı layihədə Barış Yalçın, Cansu Kurqun, Melis Yıldırımer, Ali Savaşçı, Ahmet Pınar kimi simalar da rol alacaq.

Qeyd edək ki, Orucov ekran işində öz adı ilə iştirak edib. Serial tezliklə “TRT”nin rəqəmsal platforması “Tabii”də yayımlanacaq.

Xatırladaq ki, layihədə Damla Sönmez və Eren Hacısalihoğlu kimi aktyorlar da baş rolları canlandırır.