Türkiyəli məşhur ssenarist və aktrisa Gülse Birsel “Avrupa yakası” serialı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi layihənin yenidən başlayacağı xəbərlərini yalanlayıb. Bu barədə o, “X” hesabında yazıb:
““Avrupa yakası” geri dönür xəbəri yalandır. Xəbəri uyduran şəxs obrazlar, hansı aktyorların olacağı, çəkilişlərin nə vaxt başlayacağı haqda da uzun-uzun yazıb. Sevinclə zəng edən tanıdıqlarıma xəyal qırıqlığı yaşatdığım üçün üzr istəyirəm”.
Qeyd edək ki, sözügedən serial 2004-2009-cu illərdə 190 bölüm yayımlanıb. Ekran işində Gülse Birsel və Ata Demirer baş rollarda yer alıb.