Tanınmış aktyor Nejat İşlerin növbəti layihəsi və partnyoru bəlli olub.
OLAY yazır ki, o, “Kötü adamın on günü” adlı filmi üçün kamera qarşısına keçəcək. Bu ekran işində Nejatın tərəf müqabili "Kara sevda” serialı ilə populyar olan Hazal Filiz Küçükköse olub. Onun Buket obrazını canlandıracağı qeyd edilib.
Xatırladaq ki, bundan əvvəl “İyi adamın on günü” versiyası çəkilmişdi. Filmin üçüncüsü də lentə alınacaq.