2021-2022-ci illərdə Türkiyənin “FOX” kanalında yayımlanmış “Kanunsuz topraklar” serialı Azərbaycanda da izləyicilərə təqdim olunacaq.
OLAY yazır ki, ekran işi “ARB” kanalında Azərbaycan dilində yayımlanacaq.
Serial həftəiçi 5 gün saat 13:00-da ekranlara gələcək.
Qeyd edək ki, “Kanunsuz topraklar”da baş rolları Esra Bilgiç və Uğur Güneş canlandırıblar.