Olay
Olay

“FOX”un daha bir serialı final edir

“FOX”un daha bir serialı final edir

Mövsümün əvvəlindən bu yana 7 serialı barədə final qərarı verən FOX TV daha bir layihəsini bağlayır.

OLAY yazır ki, “Evlilik hakkında her şey” adlı ekran işi mart ayının əvvəli tamaşaçılarla vidalaşacaq.

Buna səbəb serialın gözlənilən reytinqi toplaya bilməməsi olub.  

Qeyd edək ki, layihədə Gökçe Bahadır, Sumru Yavrucuk, Yiğit Kirazcı və Sarp Akkaya baş rol ifaçılarıdır. 

Xatırladaq ki, “FOX”da “Uzak şehrin masalı”, “Son yaz”, “Yalancılar ve mumları”, “Elbet bir gün”, “Misafir”, “Elkızı” və “Kanunsuz topraklar” barədə erkən final qərarı vermişdi.