96-cı Amerika Kino Akademiyası Mükafatları – “Oskar” mərasiminin yayımını son dörd ilin rekord sayda izlənib.
OLAY yazır ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Bu il mərasim əvvəlki illərdən bir saat tez başlayıb və “ABC” telekanalı tərəfindən yayımlanıb. Ümumilikdə gecəni 19 milyon 500 min insan izləyib.
Qeyd edək ki, 2021-ci ildə mərasimə baxış ən aşağı səviyyədə olub. Həmin vaxt mükafatın təqdimat mərasimini 10 milyon 400 min insan izləyib. “Variety” bunu COVID-19 pandemiyasının təsiri ilə əlaqələndirir. 2022-ci ildə tamaşaçıların sayı 16 milyona 600 minə, 2023-cü ildə isə 18 milyon 800 minə yüksəlib.