Film / Serial
Film / Serial

Filmləri çıxmamış yenidən tərəf müqabili oldular

Filmləri çıxmamış yenidən tərəf müqabili oldular

Türkiyəli aktyorlar Esra Bilgiç və Birkan Sokullu 2-ci dəfə tərəf müqabili olublar.

OLAY yazır ki, onlar “Zamanın kapıları” adlı internet serialında baş rolları canlandıracaqlar. Layihənin çəkilişlərinə mart ayı ərzində start veriləcək.

Qeyd edək ki, ikili daha öncə də birgə rol alıb. Onların 2023 yayında çəkildiyi “Romantik hırsız” filmi 14 martda təqdim olunacaq.