Aktrisa Pınar Denizin Kaan Urgancıoğlu xəyalı gerçək olub.
OLAY Türkiyə mediasına istinadən yazır ki, Pınarın 18 il əvvəl hazırki tərəf müqabili ilə bağlı bir arzusu olub.
O vaxt “Kampüsistan” serialında rol alan Kaanı çox bəyənib, hətta adını gündəliyinə belə yazıb.
Aktrisa bu etirafı illər sonra Kaanla birgə qonaq olduğu “YouTube” verilişində edib.
Qeyd edək ki, iki aktyor “Aşk 101” serialında da tərəf müqabili olub. Onlar hazırda “Yargı” serialının baş rollarıdılar.